Maraqlı

Almaniya DİN-i messencerləri əməkdaşlığa vadar edir

25 May 2019 08:28
0 Şərh     Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın daxili işlər naziri Horst Zeehofer "WhatsApp", "Telegram" və "Threema" kimi messencerləri müvafiq məhkəmə orderi olduğu halda, hüquq-mühafizə orqanlarına istifadəçilərin mətn çatlarına və zənglərinə giriş verməyə məcbur etməyi planlaşdırır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Almaniyanın "Der Spiegel" nəşri məlumat yayıb.

Bununla yanaşı, nazir ismarış və səs yazılarının şifrədən açılmş şəkildə təqdim edilməsinə nail olmağa çalışır. Provayderlər əməkdaşlıqdan imtina etdikləri halda, Almaniyanın Federal Rabitə Agentliyi onların ölkədə fəaliyyətini bloklaya bilər. Nəşr bildirir ki, nazirin təklif etdiyi plan təsdiqləndiyi təqdirdə, artıq bu ilin sonuna kimi həyata keçirilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.