Maraqlı

“McDonald's” bu ölkədə səfirlik xidmətləri göstərəcək

26 May 2019 22:35
0 Şərh     Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təəssüflər olsun ki, bir çoxumuz xaricdə olarkən xarici pasportlarımızı itirə bilirik. Belə hadisələr baş verdikdə adətən səfirliklərə və ya konsulluqlara müraciət edirik. Bu tendensiya Avstriyada artıq dəyişdirilir. Belə ki, Avstriyaya səyahət edən ABŞ vətəndaşları səfirlik işləri ilə bağlı çox vaxt itirmədən daha rahat bir ünvana müraciət edəcəklər: "McDonald's" şəbəkələrinə.

Milli.Az facemark.az-a istinadən bildirir ki, ABŞ-ın Vyanadakı Səfirliyinin etdiyi bəyanata, əsasən Vyanadakı səfir Trevor D. Traina və "McDonald's"ın Vyanadakı rəhbəri İsabella Kuster müqavilə imzalayıb.

Razılaşmaya, əsasən səfirliyə zəng vura bilməyən Amerika vətəndaşları 15 maydan etibarən səfirlik xidmətləri ilə bağlı "McDonald's" mərkəzlərinə müraciət edə biləcəklər. Xidmətlərə pasport və səyahət ilə bağlı köməklik edilməsi daxildir.

Məhz "McDonald's" ilə əməkdaşlıq edilməsinin səbəbi isə "fast food" restoranının Amerikada çox məşhur olması və Avstriyada geniş şəbəkəyə sahib olması ilə izah olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.