Maraqlı

Böyrək daşları: Bu vitamini çox qəbul edəndə...

26 May 2019 19:05
0 Şərh     Baxış: 1 959

Mədə-bağırsaq pozulmaları, bəzi dərmanların qəbulu, köklük, çoxlu ət istifadəsi böyrək daşlarının yaranmasına səbəb olur.

Bu barədə uroloq-androloq, uzman həkim Ülviyyə Əliyevanın açıqladığı məlumatda bildirilib.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, böyrək daşlarının tipləri barədə yazan mütəxəssis qeyd edib ki, kalsium-oksalat və kalsium-fosfat daşları bütünlükdə böyrək daşlarının 75%-ni təşkil edir.

Qidalardan alınan kalsiumun bədənin ehtiyacı olan hissəsi bağırsaqlarla sorulur, lazım olmayan hissəsi isə böyrəklərlə atılır. Bəzi insanlarda kalsiumun böyrəklərlə atılması artır və kalsium-oksalat daşları əmələ gəlir.

Məlumata görə, bəzi şəxslərdə böyrək daşları qəbul edilən dərman preparatları ilə bağlı yaranır. Hətta yüksək miqdarda C vitamininin qəbulu da daşların əmələ gəlməsinə səbəb olur.

Uroloqun sözlərinə görə, qalxanabənzər vəzin hiperfunksiyası zamanı da daşlar əmələ gəlir.

Sidikdə kalsium və oksalatın birləşərək kristal yaratmasının qarşısını alan sitrat maddəsinin azalması da daşın yaranma səbəbidir.

Böyrək daşlarının 10-15%-də sidik yolu infeksiyası mövcud olur. Qadınlarda sidik yolu infeksiyasına daha çox rast gəlinir.

Böyrək daşlarının 10%-ni isə urat daşları təşkil edir. Urat orqanizm metabolizması ilə yaranan bir maddədir. Qanda həll olaraq böyrəyə daşınır və buradan sidiklə xaric olur. Mədə-bağırsaq sistemində yaranan pozulmalar, bəzi dərmanların qəbulu, köklük, çoxlu ət istifadəsi urat daşların yaranmasına səbəb olur.

Bütün daş növləri içində ən nadir görülən daş tipi isə sistin daşlarıdır. Bu, anadangəlmə metabolik pozuntuları olan bəzi insanlarda sidikdə çoxlu miqdarda sistin yaranması nəticəsində meydana çıxır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.