Maraqlı

"Səmada nahar" restoranı qonaqların marağına səbəb olub

24 May 2019 21:51
0 Şərh     Baxış: 1 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur "Dinner İn The Sky" şirkətinin Gürcüstanın paytaxtı Tbilisi şəhərində açdığı "Səmada nahar" restoranı böyük marağa səbəb olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tbilisinin Kocori qəsəbəsində açılmış bu restoran hamı üçün əlçatan olmasa da, böyük maraqla qarşılanıb.

Yerdən 50 metr hündürlükdə xüsusi qaldırıcı kranda yerləşdirilmiş ictimai iaşə obyekti (restoran) eyni vaxtda 22 nəfərə xidmət göstərir. Bir müştəri üçün qiymət isə 199 laridən 345 lariyə qədər dəyişir (təqribən 72-124 dollar).

Restoranda müştərilərə əsasən gürcü mətbəxinin təamları və gürcü şərabı təklif olunur.

Açılış mərasimindən keçən bir həftə ərzində "Səma restoranı"nı 100-dən çox qonaq ziyarət edib.

"Dinner İn The Sky" şirkəti bu restoran üçün 5 milyon dollar sərmayə qoyub. Şirkət ikinci belə bir restoranı 2020-ci ildə Batumidə açmaq niyyətindədir.

Məlumat üçün qeyd edək ki, ilk "Səmada nahar" restoranı 2006-cı ildə Belçikada açılıb.

Gürcüstan bu cür ekstremal məkanın istifadəyə verildiyi 71-ci ölkədir.

Restoran yalnız yaz və yay mövsümlərində işləyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.