Maraqlı

Qalmaqallı rokçulardan İsraili qəzəbləndirəcək daha bir addım

24 May 2019 16:54
0 Şərh     Baxış: 1 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslandiyanı "Eurovision - 2019" mahnı müsabiqəsində təmsil edən "Hatari" rok qrupu qalmaqala səbəb olacaq daha bir addım atıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Təl-Əvivdə keçirilən yarışmanın finalında anidən Fələstin bayraqlarını açaraq nümayiş etdirən qrup yenidən İsraili qəzəbləndirəcək hərəkət edib. 

Belə ki, onlar İsraildə olarkən fələstinli müğənni Başar Muradla duet oxuyaraq klip çəkdiriblər. "Youtube"da yerləşdirilən "Klefi" adlı layihədə qrup üzvləri yenidən İsraillə düşmən olan ölkənin bayrağını qaldırıb, onlara dəstəyini bir daha nümayiş etdiriblər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.