Maraqlı

Bu ağrılar zamanı masaj etmək olmaz

25 May 2019 23:35
0 Şərh     Baxış: 2 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çiyinlərdə, boyunda, kürəkdə ağrılar varsa, çoxları ağrını azaltmaq üçün masaj edir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, çiyin ağrıları zamanı edilən masaj vəziyyəti yaxşılaşdırmaq əvəzinə daha da ağırlaşdırır.  
Ortoped, professor Mehmet Kerem Canbora bildirib ki, çiyin ağrıları uzun müddət hərəkət etmək, ağırlıq qaldırma, çoxlu ev işləri görmə, travmalar nəticəsində yarana bilər. Ağrı onsuz da əzələnin dartılması, gərilməsi nəticəsində ortaya çıxır, masajla, yanlış bir hərəkətlə vəziyyət daha da pisləşə bilər. Çiyini masaj etmək ağrını azaltmır, əksinə artır.

Onun sözlərinə görə, masaj, həmçinin kor-koranə edilən idman hərəkəti, manipulyasiyalar mövcud olan zədəni ağırlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.