Maraqlı

Səs vasitəsilə məlumatlar ötürüləcək

25 May 2019 07:41
0 Şərh     Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

M. A. Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetinin radiorabitə və yayım kafedrasının alimləri səsin köməyi ilə məlumatların ötürülməsi protokolunu hazırlayırlar. Bu protokol "Əşyalar interneti" texnologiyasının işində istifadə edilə bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, səsucaldan vasitəsilə yeni protokolun köməyi ilə qurğulara proqram təminatının yenilənməsini və ya hər hansı komandaları ötürmək mümkündür.

Hələ ki sözügedən texnologiyanın işləmə detalları və mühəndislərin məlumatları ötürmək üçün nədən istifadə edəcəkləri bilinmir.

Hazırda "Əşyalar interneti" texnologiyasında məlumatların ötürülməsi üçün əsas şəbəkə "5G" hesab edilir və bir çox ölkələr onun tətbiqinə başlamaqdadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.