Maraqlı

DDoS hücumların sayı 84% yüksəlib

25 May 2019 07:11
0 Şərh     Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kasperski Laboratoriyası" antivirus şirkətinin məlumatına əsasən, 2019-cu ilin birinci rübündə dünyada "DDoS"-hücumların sayı ötən üç ayla müqayisədə 84% yüksəlib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlərin sözlərinə görə, 2018-ci ildə "DDoS"-hücumların sayı azalan xətt üzrə inkişaf edirdi.

"DDoS"-hücumların sayının artmasından başqa, belə hücumlar uzunmüddətli və mürəkkəb olur. 2019-cu ilin yanvar-martında belə hücumların orta müddəti ötən üç ayla müqayisədə 4,21 dəfə yüksəlib.

"Kasperski Laboratoriyası" şirkətlərə "DDoS"-hücumlardan müdafiə üçün bir sıra tədbirlər görməyi tövsiyə edir. Məsələn, sayt və İT resurslarının böyük miqdarda trafiki emal etməsindən əmin olmaq və bu tip hücum tipindən müdafiə üçün ixtisaslaşdırılmış həllərdən istifadə etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.