Maraqlı

Anadangəlmə əlləri olmayan Cessika pilot olan ilk qadındır - FOTO

24 May 2019 21:54
0 Şərh     Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

36 yaşlı Cessika Koks anadangəlmə əlləri olmayan qadındır.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, buna baxmayaraq, Cessika 2008-ci ilin oktyabr ayında ABŞ-ın Federal Aviasiya İdarəsi tərəfindən təkmühərrikli "Ercoupe" təyyarəsinin pilotu olmaq üçün sertifikat alıb. Cessika hələ ana bətnində olanda yuxarı ətraflarının inkişafdan qalması səbəbindən qüsurlu olaraq dünyaya gəlib. 

Amma Cessika piano çalır, maşın sürür, dalğıc kimi dənizə dalır və taekvando üzrə üçüncü dərəcə qara kəmər sahibidir. O, Arizona universitetində psixologiya üzrə təhsil aldıqdan sonra 2005-ci ildə pilot olmaq qərarına gəlir. Bu təhsil isə 3 il davam edib. Nəhayət, 2008-ci ildə pilot kimi təyyarənin sükanı arxasına keçib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.