Maraqlı

13 ildir bir yerdə işləyən məşhur müğənnilər evləndi - VİDEO - FOTO

24 May 2019 09:59
0 Şərh     Baxış: 2 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın məşhur müğənniləri, duet ortaqları Nastya Kamenskix və Potap nikah masasına oturub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Nastya sosial şəbəkədə bildirib. "Bu gün bizim üçün özəl bir gündür. Öz duyğularımızı sizinlə paylaşmaq bizi xoşbəxt edir", - o, paylaşımda yazıb.

Potap Nastya ilə evliliklərini "Konstanta" mahnısını təqdim edərək rəsmi şəkildə təsdiqləyib. Mahnıya "love story" formatında video çəkilib. Nasta isə öz növbəsində sevib-seçdiyi insana romantik və həzin "Обіцяю" ("Söz verirəm") adlı mahnı həsr edib.

Qeyd edək ki, Ukraynanın ən tanınmış simalarından olan hər iki artist artıq 13 ildir bərabər çalışır. Potapla Nastyanın münasibətləri hələ birincinin evli olduğu müddətdə başlamışdı. Cütlüyün romanı haqda rəsmi məlumat Potapın 2014-cü ildə həyat yoldaşından boşanmasından sonra yayılmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.