Maraqlı

Qadın siyasətçinin 45 milyon avroluq brilyantı oğurlanıb

23 May 2019 23:24
0 Şərh     Baxış: 1 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parisdə Qvineyanın Yaşıllar Partiyasından prezidentliyinə eks-namizəd Mari Madlen Diubatenin dəyəri 45 milyon avro olan brilyantı oğurlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qvineyalı qadın oteldə onun daşını qiymətləndirəcək iki nəfərlə görüşüb. Kişilər özlərini Rusiyadan olan qiymətli daşlar üzrə böyük mütəxəssis kimi təqdim ediblər.

Saxta ekspertlər brilyantın 45 milyon avro dəyərində olduğunu bildirərək qadına sertifikat veriblər. Daha sonra siyasətçinin diqqətini yayındıraraq brilyantı saxtası ilə dəyişiblər.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları müşahidə kameraları əsasında oğruların kimliyini müəyyən etməyə çalışır.

Qeyd edək ki, Qvineya dünyada əsas almaz istehsalçılarındandır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.