Maraqlı

Bu dəfə hər şey ciddidir. Potapla Nastya evləndi

23 May 2019 18:17
0 Şərh     Baxış: 1 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın məşhur müğənniləri, duet ortaqları Nastya Kamenskix və Potap ailə qurub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Nastya sosial şəbəkədə məlumat yayıb.

"Sevənlərimizlə hisslərimizin bir hissəsini bölüşmək zamanı yetişdi. Bu gün hər birimiz üçün çox xüsusi və xoşbəxt bir gündür - biz xoşbəxtliyimizi sizinlə paylaşmaqdan xoşbəxtlik duyuruq və bunu bizimlə paylaşdığınız üçün sizə təşəkkür edirik", - deyə Nastya qeyd edib.

Xatırladaq ki, Potap Nastya ilə ailə həyatı qurması barədə klip çəkib.

"Konstanta" adlı mahnıya çəkilən klib "Love story" formatında lentə alınıb. Potap bununla da Nastyaya olan sevgisini icitmai şəkildə etiraf edib. 

Nastya da Potapdan geri qalmayaraq, gələcək həyat yoldaşına "Söz verirəm" adlı mahnısına çəkilmiş klipini həsr edib. Ekran əsərində dahi italyan heykəltaraş Mikelancelonun yaratdığı "Bir-birinə doğru uzanan əllər"  ideyası əsas götürülüb. 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.