Maraqlı

Norveçin paytaxtında özü idarə olunan avtobuslardan istifadə etməyə başlayıblar

24 May 2019 00:45
0 Şərh     Baxış: 782

Norveçin paytaxtında elektrik mühərriki ilə işləyən, özü idarə olunan avtobuslardan istifadə etməyə başlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Osloda 35 nömrəli marşrut avtobusları indi elektriklə işləyir.

Yeni avtobuslar hələlik nisbətən qısa marşrutda test rejimində istifadə olunur. 11 sərnişin yeri olan avtobusda gediş haqqı adi sistem üzrə ödənilir.

Yerli KİV-lər yazırlar ki, avtobusun kompüter və müxtəlif ölçmə cihazları vasitəsilə idarə edilməsinə baxmayaraq, hələlik salonda sürücü də var. O, sərnişinlərə xidmət göstərəcək, onlara kömək edəcək və ekstremal vəziyyət yarandıqda avtobusun idarə edilməsi vəzifəsini öz üzərinə götürəcək.

Osloda istifadə edilən avtobuslar Fransanın NAVYA şirkətində istehsal edilib. Şəhər nəqliyyat sisteminin rəhbərlərinin planlarına görə, özü idarə olunan elektrik avtobuslarından istifadə edilməsi bu il yayda Norveç paytaxtının digər rayonlarında da tətbiq olunacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.