Maraqlı

Dünyanın ən kök insanı çəkisini 100 kq da artırıb - Sevgilisindən ayrıldığına görə

23 May 2019 20:58
0 Şərh     Baxış: 1 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2014-cü ildə "Ginnes" rekordlar kitabına düşən dünyanın ən kök insanı britaniyalı Pol Meyson bu il çəkisini daha 100 kiloqram artırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna səbəb 59 yaşlı Suffolka sakininin sevgilisindən ayrılması olub.

2014-cü ildə 445 kiloqram çəkiyə malik kişi bir müddət sonra əməliyyat olunur və 324 kq-a düşür. Sevgilisi ilə ayrıldıqdan sonra daha 100 kiloqram kökələn Pol Meyson bunu keçirdiyi stres nəticəsində iştah qabiliyyətinin artması ilə izah edib.

Hazırda onun çəkisi 420 kiloqramı keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.