Maraqlı

Dünya üzrə turist axını bu ilin birinci rübündə 4 faiz artıb

24 May 2019 02:30
0 Şərh     Baxış: 957

2019-cu ilin yanvar-mart aylarında beynəlxalq turist axınları ötən ilin müvafiq dövründəki göstəricilərə nisbətən 4 faiz artıb.

Milli.Az bildirir ki, AZƏRTAC Dünya Turizm Təşkilatının saytına istinadla xəbər verir ki, bu baxımdan ən çox irəliləyiş Yaxın Şərq (+8 faiz) və Asiya-Sakit okean regionunda (+6 faiz) qeydə alınıb. Sonrakı yerlərdə Avropa (+4 faiz), Afrika (+4 faiz) və Amerika (+3 faiz) gəlir.

Təşkilatın baş katibi Zurab Pololikaşvili bildirib ki, turizm bütün dünyada "pozitiv iqtisadiyyat, hava daşımalarının artması və viza rejiminin sadələşməsi" sayəsində inkişaf edir.

Proqnozlara görə, beynəlxalq turist səfərlərinin miqdarı bütün 2019-cu il ərzində 3 faizdən 4 faizədək artacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.