Maraqlı

Nəsib Nurun AzTV-dəki verilişi bağlandı

23 May 2019 18:24
0 Şərh     Baxış: 1 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleaparıcı Nəsib Nurun AzTV-də yayımlanan "Anşlaq" verilişi yayımını dayandırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, tanınmış incəsənət nümayəndələrinin qonaq olduğu veriliş ötən ilin sentyabrından efirə gedirdi. Verilişin bağlanması ilə yanaşı, N.Nurun işdən çıxarıldığı da bildirilir.

Məsələ ilə bağlı AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Axşam.az-a açıqlama verib:

"Nəsib bəy AzTV-dən ayrılmayıb. Sadəcə, verilişin yayım müddəti başa çatıb. Onun AzTV-dəki fəaliyyəti davam edir. Tezliklə yeni verilişlə tamaşaçıların qarşısına çıxacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.