Maraqlı

Alişan Mahsun Kırmızıgül haqqında: "Atama hörmətsizlik edib"

23 May 2019 15:19
0 Şərh     Baxış: 2 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alişan Buket Aydının verilişində qonaq olub.

Milli.Az ölkə.az-a istinadla xəbər verir ki, şəxsi həyatı ilə bağlı sualları cavablandıran Alişan illər əvvəl çox yaxın dost olduğu Mahsun Kırmızıgül və Özcan Dəniz barədə danışıb.

Aparıcının "Mahsun və Özcanla küsülüsünüzmü?" sualına Alişanın cavabı belə olub:

"Yaşca ən kiçik mən idim. Ayrıldıqdan sonra da həmişə hörmətlə yanaşdım. Kiçik olaraq onlara hörmətsizlik etmədim. Özcanla problemim yoxdur. Onunla elə də çox dostluq etməmişəm. Mahsun isə 3 il əvvəl bir toyda atama qarşı hörmətsizlik edib. Mən atama hörmətsizlik edən heç kəsi bağışlamaram. Ümumi bir dostumuzun toyunda rastlaşdıq, yanına getdim. Mənimlə çox soyuq tərzdə salamlaşdı. Sonra atam yanına getdi. Ayağını ayağının üstünə atıb atamın üzünə baxmadan "Salam" dedi. Başımdan elə bil qaynar su tökdülər.

Küçədən keçən biri gəlsə, bu, mənim atam desə, əlini öpərəm, hörmətlə yanaşaram. Əgər toyda olmasaydıq, başqa şeylər də olardı. Onun şöhrəti, pulu, həyatı məni maraqlandırmır. O vaxt da dedim, qarşındakı 22-23 yaşlı Alişan deyil. 42 yaşım var və mənim atama hörmətlə yanaşmaq məcburiyyətindəsən. Bundan sonra həyatımda Mahsunun yeri heç vaxt olmayacaq və ona hörmətlə yanaşmayacam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.