Maraqlı

Dünya şöhrətli musiqiçi Ədalət Vəzirovdan yazdı - FOTO

23 May 2019 12:30
1 Şərh     Baxış: 2 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəhudi əsilli məşhur kamança ifaçısı Mark Eliyahu mərhum Əməkdar artist, kamança ifaçısı Ədalət Vəzirov barədə sosial şəbəkədə paylaşım edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Feysbuk-da azərbaycanlı ifaçı ilə fotosunu yayaraq ustadı barədə xatirələrini bölüşüb:

"Burada mənim 17 yaşım var, müəllimim Ədalət Vəzirovla bir aradayam. 16 yaşımda Bakıya, ustadım Ə.Vəzirovun evinə köçdüm. O, böyük kamança ustadı, heyrətamiz və dərin insani düşüncələri olan şəxs idi. Mən fərqli ölkədən gələn yeniyetmə idim. Ədalət Vəzirov və ailəsi məni aralarına daxil edərək onların bir üzvü kimi qəbul etdilər.

O, 15 il əvvəl vəfat etdi. Onun üçün çox darıxıram, hər zaman qəlbimdə olacaq. Bakı mənə kamançada ifa etməyi öyrədən şəhərdir. Özüm 5 gün sonra komandamla gələcəm və Bakıda ilk konsertim olacaq. Uzun zamandır bunu gözləyirdim, çox xoşbəxtəm".

Qeyd edək ki, Mark Eliyahunun konserti mayın 25-də Heydər Əliyev Sarayında baş tutacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.