Maraqlı

“Özümü alçaldılmış hiss edirəm”

23 May 2019 10:09
0 Şərh     Baxış: 2 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il "Eurovision - 2019" mahnı müsabiqəsində İsveçi təmsil edən Yon Lundvik qalmaqallı açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, maqazin proqramında qonaq olarkən təşkilatçıları tənqid edib.

Yon yarışmada səsvermə sisteminin dəyişdirilməsinin vacib olduğunu bildirib: "Bu il səsvermə nəticələrinin açıqlanması şəkli dəyişdi. Bu mövzuda kədərliyəm. Özümü alçaldılmış hiss edirəm. Normal şərtlərdə nəticə əldə etməyən ölkələrin reaksiyaları kameralarda göstərilmir. Ancaq bu vəziyyətdə münsiflərdən yüksək bal toplayıb xalqdan aşağı xal yığdım.

Amma məni niyə sonda Niderland təmsilçisi ilə eyni ekranda saxladılar? Sanki, mən səsvermədə yüksək bal toplamış kimi. Mən 93, Niderland təmsilçisi isə 400-ə yaxın xal yığmışdı. Halbuki, SMS-lərdə məndən yüksək bal toplayanlar var idi. Bu sistem dəyişməlidir.  Qazananlardan biri İsveçdir, bunu kimsə inkar edə bilməz".

Qeyd edək ki, İsveç layihədə 6-cı, dünən dəyişdirilmiş siyahıya əsasən, 5-ci olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.