Maraqlı

Alimlər solaxaylığın səbəblərini açıqlayıblar

23 May 2019 08:53
4 Şərh     Baxış: 4 767

Maks Planka Psixolinqvistika İnstitutunun alimləri insanın solaxay olmasına səbəb olan yeni  faktlar aşkarlayıblar. Alimlərin apardıqları araşdırmaların nəticələri Nature jurnalında dərc olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 500 min insan  üzərində aparılmış araşdırmalar onu deməyə əsas verib ki, solaxaylıq hələ ana bətnində başlayır. Halbuki bu günə qədər uşaqların 2-3 yaşında solaxay olduğu düşünülürdü.

Ultrasəs görüntülərində körpənin ana bətnində solaxay hərəkət etdiyi məlum olub.Tədqiqatlarda iştirak etmiş 501730  nəfərdən 10,4 faizinin hələ ana bətnindəykən solaxay olduğu  araşdırmalarla sübut olunub.

Həmçinin, insanın anadan olduğu il, doğum yeri, bədən kütləsi, zəif olması, ana südü ilə qidalanmaması da solaxaylığa səbəb ola bilirmiş. Yayda doğulan insanlar arasında solaxayların sayı daha çox olur.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Garayeva_313 · 23 May 10:4620

    Men de solaxayammm

    Cavab yaz
  • Anonim
    F044 · 23 May 11:0300

    MƏN SOLAXAY OLMASAM DA SOL ƏLİMLƏ YAZA BİLİRƏM :)

    Cavab yaz
  • Anonim
    Gülüm · 23 May 13:2400

    Mənim oğlum sırf solaxaydı. Hətta topu belə sol ayağı ilə vurur. Heç bir halda sağ əlini - ayağını işlətmir. Solla çox rahat hərəkət edir.

    Cavab yaz
  • Anonim
    Alina · 23 May 18:3500

    Mənim oğlum solaxaydı həm yayda doğulub həm ana südü yeməyib həmdə 6ayında bildim sağ əlini daha çox işlətdi indi sağ eli ilə yazır ancaq ayağı solaxay qaldı məncə alimlər düz nəticəyə qəliblər

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.