Maraqlı

XX əsrin maqnatları indiki milyarderlərdən zəngin olub - ARAŞDIRMA

22 May 2019 21:56
0 Şərh     Baxış: 1 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

XX əsrin ən zəngin insanlarından sayılan Con Rokfeller hazırda 117 milyard dollarlıq varidatı olan "Amazon" şirkətinin təsisçisi Ceff Bezosdan üç dəfə zəngin olub.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, "Bloomberg"də dərc olunan materialın müəllifləri dünya tarixinin müxtəlif dövrlərində mövcud olmuş qiymətlər və pul dəyərlərini müqayisə etməyə imkan verən metodika yaradıb. Rokfeller 1937-ci ildə 1,5 milyard dollar varidata malik idi. İnflyasiya səviyyəsi nəzərə alınsa, onun aktivləri indiki zamanla 26 milyard dollara yaxın olub.

Habelə araşdırmanın müəllifləri başqa yanaşma tətbiq edib. Onlar Rokfellerin aktivlərinin həmin dövrdə ABŞ-ın ümumidaxili məhsulunun 1,6 faizini təşkil etdiyini nəzərə alaraq, bu rəqəmi müasir şərtlərlə müqayisə edib. Beləcə, neft maqnatının Bezosdan üç dəfə daha varlı olduğu müəyyən edilib.

Bundan başqa, ötən əsrin poladtökmə maqnatı Endrü Karneqi "Microsoft" şirkətinin qurucusu Bill Qeytsdən (müvafiq olaraq 321 milyard dollar, 213 milyard dollar), dəmiryolları maqnatı Kornelius Vanderbilt isə "Berkshire Hathaway" təsisçisi Uorren Baffetdən (müvafiq olaraq 238 milyard dollar, 93 milyard dollar) daha zəngin olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.