Maraqlı

Cənubi Koreyada avtomobil istehsalı azalıb

22 May 2019 22:44
0 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyada avtomobil istehsalı ilin birinci rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azalıb.

Milli.Az bildirir ki, AZƏRTAC Koreya Avtomobil İstehsalçıları Assosiasiyasına istinadla xəbər verir ki, azalmanın əsas səbəbi Çin və ABŞ-da Cənubi Koreya istehsalı olan "Hyundai" və "Kia" avtomobillərinə tələbatın zəifləməsidir.

Bildirilir ki, ölkədə yanvar-mart aylarında təxminən 957 min avtomobil istehsal olunub. Cənubi Koreya bu rəqəmlə istehsal olunan avtomobillərin sayı baxımından Çin, ABŞ, Yaponiya, Almaniya, Hindistan və Meksikadan sonra 7-ci yeri tutur.

Assosiasiyanın məlumatına görə, cari ilin birinci rübündə Braziliya, İspaniya və Fransa da daxil olmaqla, dünyanın ən çox avtomobil istehsal edən 10 ölkəsində ümumilikdə 18,49 milyon ədəd avtomobil buraxılıb. Bu da əvvəlki illə müqayisədə 4,6 faiz azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.