Maraqlı

"Tu-134" təyyarəsi sonuncu uçuşunu həyata keçirib

22 May 2019 21:20
0 Şərh     Baxış: 1 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sovet aviasiyasının əfsanəvi "Tu-134" təyyarəsi sonuncu uçuşunu həyata keçirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Tu-134" təyyarəsi Yakutiyadan Novosibirskə sonuncu uçuşunu həyata keçirib. Bundan sonra təyyarə Novosibirskin Tolmaçyov aeroportunun Aviasiya Muzeyinə təhvil veriləcək.

"Tu-134" təyyarələri SSRİ dövründə Xarkov aviasiya zavodunda istehsal olunurdu. İlk "Tu-134" sərnişin təyyarəsi 1963-cü ildə havaya qalxıb. İyirmi il ərzində 854 belə təyyarə istehsal olunub.

Hazırda bu tip təyyarələr istismardan çıxarılıb. 1980-ci ildən istismar olunmuş və sonuncu uçuşunu həyata keçirən bu "Tu-134" 1990-cı illərin sonlarında SSRİ Xalq artisti Alla Puqaçovanın şəxsi təyyarəsi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.