Maraqlı

Əfsanəvi rejissor gedəcək, Di Kaprio və Bred Pitt isə... - FOTO

23 May 2019 15:51
0 Şərh     Baxış: 2 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur amerikalı kinorejissor Kventin Tarantinonun "Once Upon A Time In Hollywood" ("Bir dəfə Hollivudda") filminin Fransanın Kann şəhərində keçirilən 73-ci beynəlxalq kinofestivalda təqdimatı olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, filmdə 55 yaşlı Bred Pitt və 44 yaşlı Leonardo Di Kaprio baş rolllarda oynayırlar.

Onlar, habelə filmdə rol almış Marqo Robbi, Al Paçino, Emili Hirş, Demien Lüis, Brüs Dern, Dakota Fenninq, Ostin Batler, Lena Danhem və Marqaret Qualli təqdimat mərasiminə qatılıblar, qırmızı xalıdan keçiblər.

"Bir dəfə Hollivudda" filmi "Hollivudun qızıl dövrü" adlanan 1969-cu ildə yaşanmış olaylardan, daha doğrusu, Çarlz Mensonun "Menson ailəsi" sektasının törətdiyi qətllərdən bəhs edir.

Film məşhur aktyor Rik Daltonla (Leonardo Di Kaprio) və onun daimi dublyoru Kliff Butun (Bred Pitt) şou-biznes aləmində yüksəlmək cəhdlərini əks etdirir.

Kventin Tarantonun 9-cu filmi olan bu lenti tənqidçilər bəyəniblər.

Tarantino isə deyib ki, 10-cu filmindən sonra kinematoqrafı tərk edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.