Maraqlı

Unikal kadrlar: həkimlər vəfat etmiş uşaq üçün səf tutdular - VİDEO - FOTO

24 May 2019 11:09
3 Şərh     Baxış: 4 838

Vəfat etmiş uşaq əməliyyata aparılıb. Valideynlərinin qərarı ilə bu uşağın orqanları sonradan transplantasiya əməliyyatları üçün istifadə olunacaq.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 22 aylıq Kerolayn Sobolik aprelin 22-də vəfat etmişdi. Qızcığazın anası, 22 yaşlı Meqan Sobolikin dediyinə görə, əri Pol Soboliklə birlikdə qəbul etdikləri qərara görə, Kerolaynın orqanlarından xəstə uşaqlara yardım üçün istifadə olunacaq.

Kerolaynın olduğu xərək əməliyyat otağına aparılarkən hospitalın həkimləri və tibb bacıları dəhlizdə səf tutmuşdular. Onlar Kerolaynın anımına "Amazing Grace" mahnısını oxuyublar.

Olay Roçester şəhərindəki Mayo hospitalında yaşanıb.

ABŞ-ın Ayova ştatındakı Nyu-Hempton şəhərində yaşayan Maqan və Pol Soboliklərin qızı Kerolayn virus infeksiyası nəticəsində komaya düşmüşdü. Reanimasiya bölməsində üç dəfə ürəyi dayanan qızcığazı həkimlər xilas etməyə çalışsalar da, sonda Kerolaynın beyninin öldüyünü deyərək onun vəfatını qeydə alıblar.

Soboliklərin qərarına görə, Kerolaynın ürəyindən, qaraciyərindən və böyrəklərindən koma vəziyyətində olan üç uşağın xilası üçün transplantat qismində istifadə olunacaq.

Beləcə, vəfat etmiş Kerolayn üç uşağın həyatda qalmasına vəsilə olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    .... · 24 May 11:3220

    ne qeder boyuk urek sahibi olasan ki, bu ağrı ilə belə addım atmağı bacara biləsən

    Cavab yaz
  • Anonim
    Şəlalə · 24 May 11:3210

    Adam kimi adam

    Cavab yaz
  • Anonim
    mamuska · 24 May 14:0520

    goz yaslarimi saxlaya bilmedim...cox agrili ve uzucu menzere idi..amma bir sey fikrimi casdirdi-usaq virus xesteliyinden dunyasini deyisib.bes viruslu orqanlarin neqli ne derecede duzgundur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.