Maraqlı

Çexiyada vergi sistemi

24 May 2019 21:09
0 Şərh     Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çex Respublikasının vergi sistemi digər Avropa ölkələrinin vergi sisteminin bənzəridir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çexiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icazə almaq lazımdır. Bu zaman hüquqi şəxslər yerləşdikləri hüquqi ünvanda, ayrı-ayrı şəxslər isə qeydiyyatda olduqları yer üzrə 15 gündə vergi müfəttişliyində qeydiyyata düşməlidilər.

Hüquqi şəxslər üçün gəlir vergisi hazırda 19 faiz təşkil edir. Əgər şirkət fəaliyyət göstərmirsə, onda həmin müəssisə müfəttişliyə sıfır balansı təqdim edir ki, bunun əsasında o, gəlir vergisi ödəmir.

Çexiyada vergi dövrü təqvim ili hesab olunur. Əgər fiziki şəxsin illik gəliri 15 min kronu ötürsə, o vergi deklarasiyası təqdim edir. Vergi müfəttişliyi qarşısında hər bir ölkə vətəndaşı, o cümlədən bu ölkədə minimum 183 gün və ya fasiləsiz yaşayan əcnəbi vətəndaşlar hesabat verməlidirlər. Xarici mənbələrdən gəlir əldə edən fiziki şəxslər də 15 faiz stavkası ilə vergi ödəməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.