Maraqlı

Cüneyt Arkının ölüm xəbəri yayılıb

22 May 2019 09:42
0 Şərh     Baxış: 3 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur aktyor Cüneyt Arkının ölüm xəbəri yayılıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, aktyor barəsində çıxan bu xəbərlə bağlı açıqlama verib. Arkın sosial şəbəkədə "Sağlamlığım kifayət qədər yaxşıdır" yazıb.

Türk mətbuatında Cüneytin ölümü ilə bağlı xəbərlər yayılıb. Aktyor sosial şəbəkədə "Son iki gündür bəzi mətbuat orqanları və sosial şəbəkə səhifələri haqqımda yalan xəbərlər yayırlar. Lütfən, bu xəbərlərə inanmayın. Vəziyyətim yaxşıdır" açıqlamasını verib.

Aktyorun həyat yoldaşı Betül Arkın da sosial mətbuatda yayılan xəbərlərə görə pərişan olduğunu bildirib:

"Kimin niyə belə xəbərlər yaydığını anlamıram. Biz də çox çaşqın oluruq və pərişan oluruq. Heç kəs bu xəbərlərə inanmasın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.