Maraqlı

Rusiyada quduz porsuq magazaya soxularaq, üç nəfəri yaralayıb

21 May 2019 23:16
0 Şərh     Baxış: 966

Rusiyanın Ufa şəhərində quduz porsuq magazaya girərək üç nəfəri yaralayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, porsuq onu tutmaq istəyən işçiləri dişləyib. Baytarların verdiyi məlumata görə, heyvan quduzluğa yoluxubmuş. Baytarlar iynə vuraraq, onu öldürməyə məcbur olublar.

Yaralanmış üç nəfərə quduzluq əleyhinə zərdab vurulub. Onlar hazırda xəstəxanada müalicə alırlar.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyada quduzluğa yoluxmuş ceyran da sakinlərə hücum etmişdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.