Maraqlı

46 il günahsız yerə cəza çəkmiş amerikalıya 1,5 milyon ödəniləcək

21 May 2019 23:08
1 Şərh     Baxış: 1 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Miçiqan ştatının rəhbərliyi 46 il günahsız yerə həbsdə qalmış Riçard Fillipsə 1,5 milyon dollar ödəməyə qərar verib. Pullar keçmiş məhbusun hesabına yarı-yarı olmaqla iki dəfə köçürüləcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Fillips hazırda incəsənətlə məşğul olur, rəsm əsərləri çəkir. Onun şəkilləri min dollardan satışa çıxarılır. Fillips bildirib ki, ona kompensasiya ödənilib-ödənilməyəcəyindən asılı olmayaraq, məsum hesab edildiyi üçün özünü yaxşı hiss edəcək.

1971-ci ildə Fillipsi qətldə ittiham edərək ömürlük həbs cəzasına məhkum ediblər. Yalnız 46 il sonra, 2018-ci ilin mart ayında Riçard Fillipsin müqəssir olmadığı sübut olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.