Maraqlı

Orta əsrlərdə kəndlilərin nə yedikləri müəyyənləşib

21 May 2019 20:39
2 Şərh     Baxış: 1 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın Bristol Universitetinin alimləri orta əsrlərdə kəndlilərin qida rasionunun nədən ibarət olduğunu müəyyənləşdirilblər.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bunun üçün tədqiqatçılar Northemptonşir qraflığındakı erkən orta əsrlər dövrünə aid Vest Kotton kəndində qazıntıların aparıldığı yerdə tapılmış heyvan sümükləri və saxsı qablardakı orqanik qalıqların kimyəvi analizini aparıblar.

Onlar müəyyən ediblər ki, kəndlilər pəhriz saxlayıblar, eyni zamanda, süd məhsulları, mal və qoyun əti, həmçinin tərəvəzlər, pırasa və kələmlə qidalanıblar.

Tarixi qaynaqlarda yazılanlara görə, erkən orta əsrlərdə kəndlilər əsasən ət, balıq, süd məhsulları, meyvə və tərəvəzlərlə qidalanıblar. Lakin bunun konkret belə olub-olmadığı məlum deyildi. Amma yeni tapıntı yüz illər ərzində insan qidasının mənbəyinin dəyişmədiyini üzə çıxarıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.