Maraqlı

Monika Beluççi və qızı Deva Kassel: Kim daha gözəldir… - FOTO

21 May 2019 17:49
3 Şərh     Baxış: 3 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən gözəl aktrisalarından sayılan Monika Beluççi iki dəfə ərdə olub. Məşhur aktyor Vensan Kassellə nikahdan iki qızı dünyaya gəlib. Kiçik qızı Leoninin heç 10 yaşı tamam olmayıb.

Milli.Az Bizimyolinfo-ya istinadla xəbər verir ki, indi Monikanın gözəlliyini böyük qızı Deva Kassellə çox müqayisə edirlər. Qərb mətbuatında bu haqda müxtəlif yazılar gedir. "Dolce&Gabbana"nın reklam kampaniyasının ulduzuna çevrilən 19 yaşlı modelin anasından çox şey götürdüyünü düşünürlər.

Deva Kassel və anası Monika Beluççinin eyni yaşda fotolarıDeva Kassel və anası Monika Beluççinin eyni yaşda fotoları | Foto: Instagram @jocelyne_ct_67

Deva sosial şəbəkələrdə anası ilə birlikdə çoxlu şəkillərini yerləşdirir. Bu günlərdə "Instagram"da belə foto gözə dəyir. Deva şəklini anasının cavanlıq fotosu ilə müqayisə edir. Çoxluq bu fikirdədir ki, yaman oxşayırlar.

Fransanın "Voici" qəzetinin yazdığına görə, 54 yaşlı aktrisa bu müqayisələrdən xəbərdardır və çox fəxr edir. Sosial şəbəkələrdəki rəylərdə hər ikisinin ilahi gözəlliyi olduğunu bildirirlər.

Vensan KasselVensan Kassel

Keçən ilin dekabrında "Dee Jay" nəşri Monikanın özünə xeyli gənc sevgili tapdığını yazmışdı. Qəzet Beluççinin hələ də 36 yaşlı rəssam Nikol Lefevr ilə birlikdə olduğunu hesab edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.