Maraqlı

Türkiyə hotelləri turistlərdən daha az yemək götürməyi xahiş edir

21 May 2019 22:35
0 Şərh     Baxış: 1 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə otelləri qonaqlardan daha az yemək götürməyi xahiş edir. Belə ki, "All inclusie" sistemi olan Türkiyə otelləri "Narıncı bayraq" layihəsində iştirak edəcəklər.

Layihənin əsas məqsədi yeyinti məhsullarının tullantılarını azaltmaqdır.

Milli.Az fed.az-a istinadən bildirir ki, bu barədə Rusiya Turoperatorlar Assosasiyası (ATOP) məlumat yayıb.

Layihənin təşəbbüskarı  Ali Akuna Antalyada turistlərin boşqablarda çoxlu sayda yemək qalıqları saxladıqlarını bildirib.

Türkiyədə yeyinti məhsullarının tullantısı böyük problem sayılır. Belə ki, hər il Türkiyədə 18 mln ton meyvə və tərəvəz,  4,9 mln ton isə çörək qırıntıları tullanır ki, bu tullantıların dəyəri də 214 milyard lirə təşkil edir.

Türkiyə mediyasının verdiyi məlumata görə, ölkədə 250 otelin bu layihəyə qoşulacağı bildirilir. Qabaqlayıcı tədbirlər çərçivəsində otellərdə balaca boşqablarda az yemək götürən turistlərə təriflərin deyiləcəyi bildirilir. Həmçinin turistlərin yeməyəcəyi yeməkləri götürməməkləri barədə məlumatlandırıcı stendlərin olacağı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.