Maraqlı

Fitrə zəkatını Fitr bayramından əvvəl ayırmaq və vermək olarmı?

23 May 2019 22:55
0 Şərh     Baxış: 2 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fitrə zəkatını Fitr bayramından əvvəl, Ramazan ayı boyunca ayırmaq və vermək olarmı?

Fitrə zəkatı fəqir olmayan hər bir müsəlmana vacibdir. Fəqir olmayan hər kəs özü və öhdəsində olanlar üçün fitrə zəkatını ayırmalı və fəqirə verməlidir. Fitrə zəkatını ayırmaq vaxtı ilə bağlı hökmlər fərqlidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əhli-sünnə məzhəblərində bütün Ramazan ayı boyunca yaxud bayramdan bir-iki gün əvvəl də fitrə zəkatını ayırmaq olar. Bayram günü bayram namazı qılmazdan əvvəl fitrəni öz ünvanına çatdırmaq sünnətdir. Cəfəri məzhəbinə görə isə, fitrə zəkatını bayram axşamı məğribdən əvvəl ayırmaq izacəli deyil. Buna görə də, Ramazan ayı boyunca fitrə zəkatı ayırmaq və ünvanına çatdırmaq qəbul edilməzdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.