Maraqlı

Əhya gecələri nə vaxta düşür?

23 May 2019 21:55
4 Şərh     Baxış: 3 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mübarək Ramazan ayını yaşamaqdayıq. Bu Müqəddəs ay ilə bağlı portalımızın elektron ünvanına çox sayda suallar daxil olur. Onların böyük hissəsi də bu il əhya gecələrinin hansı tarixə təsadüf etməsi ilə əlaqəlidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ehtimal edilən əhya (Qədr) gecələri Ramazan ayının 19, 21 və 23-ü gecələridir. 2019-cu ildə bu gecələr mayın 24-dən 25-nə, 26-dan 27-nə və 28-dən 29-na keçən gecələrdir. Bu gecələrdə hansı əməllərin yerinə yetirilməsinə gəldikdə isə, həmin gecələr ərəfəsində saytımızın ana səhifəsində bu barədə ətraflı məlumat təqdim ediləcək.

Qeyd edək ki, əhli-sünnəyə görə Qədr gecəsi Ramazanın 27-ci gecəsidir. Bu il həmin gecə mayın 31-dən iyunun 1-nə keçən gecəyə təsadüf edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.