Maraqlı

İsraf ilə fəsadın rabitəsi

23 May 2019 21:50
0 Şərh     Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İsraf edənlərin (həddini aşanların) əmrinə tabe olmayın".

"O kəslər ki, yer üzündə fəsad törədər və (heç vaxt) islah etməklə məşğul olmazlar". ("Şuəra" 151-152).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, israf dedikdə, əslində qoyulmuş qanunlardan həddi aşmaq nəzərdə tutulur. Bu mövzu aydındır ki, hər kim varlıq aləminin qanunlarında həddi aşar, yer üzərində fəsad edənlərdən sayılar. Başqa sözlə desək, hər bir fəsadın başlanğıcı - israfdır.

İsrafın mənası genişdir. Bəzən yeyəcək və içəcəklərə aid edilir, bəzən intiqam almağa və qisas almağa, bəzən əqidədə şəkk etməyə, bəzən təkəbbür və istismara...

Böyük alimlərin də buyurduğu kimi, bu varlıq aləmi bir parça nizamdan ibarətdir. Hətta hissələrində müxtəlifliyə rast gəlinsə də, aralarında həmahənglik mövcuddur. Bu nizam saleh hədəflərə doğru hərəkətdədir.

Ona görə də hər bir hissəsi üçün müəyyən qırmızı xətlər təyin edilmişdir ki, onu keçmək olmaz. Əgər bu hissələrdən biri öz həddini aşarsa, varlıq aləminin başqa hissələrinin də nizamı pozular.

İnsan əgər fitrətinə əsasən hərəkət edərsə, varlıq aləminin nizamı ilə həmahəng olar. Onun üçün təqdir edilmiş səadətə çatar. Ancaq əgər həddini aşarsa, yer üzərində fəsad törədənlərin sırasına qoşular. Allah da ona müsibətlər nazil edərək, özünə gətirməyə çalışar. Ancaq əgər bu da təsir etməzsə, fəsad beləsinin canına işləyər və Allah yeri onun üçün əzab məkanı qərar verər.

Bu yolla aydın olur ki, nə üçün Allah israf edənləri fəsad edənlərlə eyni sıraya qoymuşdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.