Maraqlı

Böyük alimin İslam maarifini yaymasının təsirliyinə nə səbəb olub?

23 May 2019 23:40
1 Şərh     Baxış: 814

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Pakistanın tanınmış ruhanilərindən olan Şeyx Süleyman Nədəvi nəql edir: "Bir gün İqbal Lahurini görməyə getmişdim və ona dedim: "Çox təəccüblüdür ki, mən və mənim kimilər ömürlərini dini təhsilə sərf etsələr də, heç biri sizin qədər İslam maarifini nəşr edə bilməmiş və insanlar arasında müvəffəq ola bilməmişdir. Necə ola bilib ki, siz bu qədər müvəffəq olmusunuz?".

İqbal Lahuri cavabında mənə dedi: "Bütün bunlar atamın tövsiyəsi sayəsində olmuşdur. Bir gün səhər çağı Quran oxumaqla məşğul idim. Atam otağımın qarşısından keçirdi. Məndən soruşdu ki, nə edirsən? Mən də cavab verdim ki, Quran oxuyuram. Bu zaman atam mənə dedi: "Çox yaxşı. Ancaq istəyirəm ki, Quranı elə oxuyasan ki, sanki elə indicə nazil olmuşdur. Allah səninlə söhbət edir".

O gündən sonra atamın bu sözlərinə qulaq asdım və Quranı hüznlə oxumağa başladım.

Deyilənə görə İqbal Lahuri Quran oxuyan zaman ağlayarmış və göz yaşları Quran səhifələrinin üzərinə tökülərmiş və bu səhifələrdən biri hal-hazırda muzeydə mövcuddur. Üzərinə tökülən göz yaşlarının izi qalmaqdadır.

İqbal Lahuri Qurana böyük əhəmiyyət verirdi. Ona görə də həyatında mühüm məqamlara çata bilmişdi".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Sinir · 23 May 23:4700

    Beyem quranda aglamali sozler var?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.