Maraqlı

Günahdan qayıdış necə olur?

23 May 2019 21:40
0 Şərh     Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O zaman ki, Həzrət Peyğəmbərin (s) səhabələri müharibə zamanı və ya gündəlik həyatlarında müsibətə düçar olardular, deyərdilər: "Allahım! İşlərimizdə etdiyimiz günahlara, diqqətsizliklərə görə bizi bağışla".

Bu, özü bir dərsdir və bizlərə demək istəyir ki, hər bir müsibət və bəla insan əməlinin nəticəsi sayəsində baş verər.

Ali dini Rəhbərin bu haqdakı nəzərləri ilə tanış olaq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Rəhbər buyurur: "Ramazan ayının gündəlik dualarında oxuyuruq ki, Ramazan ayı - tövbə ayıdır, istiğfar və geri qayıtmaq ayıdır. İstiğfar - yəni Allahdan, Ona qayıtmaq üçün icazə istəmək və bağışlanma istəməkdir. Bu istiğfar əgər düzgün yerinə yetərsə, bərəkət qapılarını insanın üzünı açar. Günah, bir cəmiyyətin ehtiyacı olan bir çox qapıları bağlayar, o cümlədən: İlahi rəhmət, İlahi nuraniyyət, İlahi hidayət, Allah tərəfindən olan tövfiq, işlərinin düyününü açmaq, müxtəlif meydanları fəth etmək qapıları kimi.

Günah bizimlə İlahi rəhmət arasında pərdə yaradar. Ancaq istiğfar və tövbə bu pərdəni kənara çəkər və aradan aparar. Bu yolla bütün qapılar yenidən bəndənin üzünə açılmış olar. Bu, istiğfarın faydasıdır.

Qurani-Kərimin bir neçə yerində istiğfarın həm dünya və həm də axirət faydalarına işarə edilmişdir. "Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin və hər bir fəzilət sahibinə öz dəyərini (hər bir kamal sahibinə kamalına uyğun olaraq onun dünya və axirət kamilliklərinin mükafatını) əta etsin. Və əgər üz döndərsəniz, şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram". ("Hud" 3).

Bu səbəbdən istiğfar etmək - mühüm bir əməldir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.