Maraqlı

İnsan bədənində hərəkət edən robot

23 May 2019 21:10
0 Şərh     Baxış: 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elm insanları, insan bədəninə girdikdən sonra, təyin olunan bölgədə dərman buraxa bilən xüsusi bir robot inkişaf etdirdilər. Milimetrik ölçülərə sahib olan və elm insanlarının "uçan balina" olaraq adlandırdıqları bu robot, xərçəng kimi xəstəliklərin müalicəsində istifadə edilə bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, səhiyyə sahəsində olan yeniliklər, texnologiyanın həyatımızdakı yerini gözlər önünə çıxarır. Elm insanlarının hazırladığı uçan balina adlı bir mini robot, bədənimizin içərisinə girərək dərmanları doğru yerə apara bilir. Xüsusilə xərçəng xəstələrini yaxından maraqlandıran bu robot, hədəflənmiş olan xərçəng hüceyrələrinə birbaşa gedərək burada dərman paylaması edə bilirlər. Dəyişən ölçülərdə çıxarıla bilən robotların ölçüləri, millimetrlərlə ifadə edilir.

Honkonq Şəhər Universitetinin alimləri tərəfindən hazırlanmış uçan balina, açılıb bağlana bilən qanadlara və bir quyruğa sahibdir. Bu xüsusiyyəti sayəsində uçan balina, qan içərisində rahatca hərəkət edə bilir.

3D printerlər istifadə edilərək hazırlanan uçan balinanın gövdəsi, təxmin etdiyimiz kimi plastik bir quruluşa sahib deyil. Uçan balinanın quyruğu, kardiomiosit hüceyrələrlən örtülüdür. Bu da quyruğa hərəkət imkanı verir. Uçan balinanın qanadlarında da işığa həssas olan bir hidrogel istifadə edildi. Bu hidrogel vasitəsilə də qanadların duruş mövqeyi dəyişir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.