Maraqlı

Tez yeriyənlər daha uzun ömürlü olurlar

23 May 2019 22:45
0 Şərh     Baxış: 1 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yaxınlarda həyata keçirilən bir araşdırmaya görə, tez yeriyən insanlar çəkilərindən asılı olmayaraq, daha uzun müddət ömür yaşayırlar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, insanların ömürünün nə vaxt sona çatacağını bilmək mümkün deyil. Yenə də təhlükə işarələrini fərq etmək və uzun yaşamanın sirlərini həll etmək üçün aparılmış çox sayda araşdırma var. Bu araşdırmalar bəzən ən gözlənilməz və zahirən bir-birindən əlaqəsiz vəziyyətlər arasında əlaqə olduğunu göstərə bilir.

Son araşdırmada, Birləşmiş Krallıqda yaşayan 475.000 adamın məlumatları araşdırıldı. Aparılan araşdırmaya görə, fiziki fəaliyyətlərin müddəti, insanın çəkisindən asılı olmayaraq gözlənilən həyat müddətinin artmasını təmin edir. Araşdırmalar, çəkidən asılı olmayaraq fiziki fəaliyyətlər reallaşdırmanın əhəmiyyətini göstərdi.

Araşdırmanı Milli Sağlamlıq İnstitutuna bağlı Lester Tibbi-Biologiya Araşdırma Mərkəzi reallaşdırdı. Araşdırmada tez yerimə ilə uzun ömür arasında bir əlaqənin olduğu da ortaya çıxdı.

Bütün iştirakçılar göz önünə alındığında, yavaş yeriyən aşağı çəkili fərdlər, kişilərdə ortalama 64,8 il və qadınlarda 72,4 il həyat müddətinə sahibdirlər. Araşdırmaçılar, vərdiş olaraq sürətli yeriyən insanlara diqqət ayırdılar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.