Maraqlı

Westworld-un üçüncü mövsümünün fraqmentləri yayımlandı - VİDEO

23 May 2019 08:25
0 Şərh     Baxış: 627

"Westworld"un  üçüncü mövsümünün ilk epizodları yayımlandı.

Milli.Az chip.az-a istinadən bildirir ki, "Game of Thrones"un son bölümünün yayımlandığı bir vaxtda HBO şirkəti "Westworld"un bu mövsümdəki yeni  fraqmentlərini təqdim etdi. Beləliklə, şirkət HBO xidmətlərinə abunəliyi əldə saxlamaq üçün olduqca yüksək keyfiyyətli görüntülər ilə tamaşaçıların qarşısına şıxdı..

"Westworld" robotların üstünlük təşkil etdiyi fantastik serial olaraq hazırlanıb.  Görüntülərdə qeyri-adi bir gələcək nümayiş olunur.

Video fraqmentlərdə fonda səsləndirilən mahnı diqqət çəkir. Pink Floydun Brain Damage adlı sauntrekinin istifadə olunduğu filmdə Aaron Paulun bu dünyada reallıq axtarışında olduğu müşahidə olunur.

HBO "Westworld"in yeni mövsüm bölümünü 2020-ci ildə yayımlayacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.