Maraqlı

Pilotsuz avtomobillər icarəyə veriləcək

23 May 2019 08:15
0 Şərh     Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtonom nəqliyyat vasitələri  hazırda yalnız smartfonlara, yol yardımı xidmətinə  və ya park nəzarət kimi sadə şeylərə bağlıdır.

Buna görə də sözü gedən nəqliyyat vasitələri bağlı olduqları qurğulardakı əməliyyatları həyata keçirə bilərlər. Ekspertlərin fikrincə bu yaxın gələcəkdə tamamilə dəyişəcək.

Milli.Az chip.az-a istinadən bildirir ki, kirayəlik avtomobillərin müştərilərin ağıllı telefonlarına deyil eyni zamanda  iacrə verən şirkətin sisteminə də bağlı olacağı bildirilir. Sistemə bağlı avtonom nəqliyyat vasitələrinin yanacaq səviyyəsini, şin təzyiqini və yol şəraitini rəhbərə məlumat göndərməsi ilə müştərinin tələbini düzgün şəkildə qarşılaya bilir.

Avtonom icarə vasitələrinin  istifadə edilmə sahəsinə nümunə olaraq hava limanları göstərilir. Hava limanına sözü gedən avtomobili ilə gələn müştəri vasitəni tərk etdikdən sonar  maşın özü-özünü idarə etmək əmrini alacaq. Daha sonra özünü yanacaqla təmin edə, yuyaraq təmizləyə və növbəti müştərini qəbul etmək üçün yenidən əraziyə qayıdacaqlar.  Sözü gedən  avtomobillərə əlavə olunacaq yeni xüsusiyyətləri ilə, müştərilərə tədricən bahalı və tam avtonom şəkildə təklif olunacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.