Maraqlı

"Əşyalar interneti" bazarında 5G olacaq

23 May 2019 08:41
0 Şərh     Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ildə tərtibatçılara yeni "5G" standartını dəstəkləyən "IoT"-modullar əlçatan olacaq ki, bu da beşinci nəsil şəbəkələrində işləyə bilən ilk "Əşyalar interneti (IoT)" qurğularını yaratmağa imkan verəcək. "Berg Insight" analitiklərinin proqnozuna görə, "IoT" sahəsində "5G"-texnologiyanın yayılması 2020-ci ilin ikinci yarısından gözlənilir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, əvvəlki mobil rabitə standartları kimi, "5G" ilk vaxtlar çox ləng tətbiq olunacaq. Ekspertlərin proqnozuna görə, 2023-cü ilədək mobil şəbəkələrə qoşulmuş "IoT"-qurğuların ümumi sayının 3%-dən az bir hissəsi "5G"-nin payına düşəcək.

Bundan əvvəl tədqiqatçıların hesablamasına görə, 2018-ci ildə dünyada mobil "IoT"-qoşulmaların sayı 70% yüksələrək 1,2 milyarda yaxınlaşıb. Gözləntilərə görə, 2023-cü ilədək bu göstərici 9 milyarda yaxınlaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.