Maraqlı

Android-in yeni funksiya məlum olub

23 May 2019 07:41
0 Şərh     Baxış: 1 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Android" əməliyyat sisteminin hazırlanması üzrə məsul şəxs olan "Google" korporasiyasının vitse-prezidenti Deyv Berk "Twitter"də sözügedən sistemin növbəti versiyasında əlçatan olacaq yeni funksiya haqqında məlumat paylaşıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, mobil qurğuda uzun səhifələrin ekran görüntüsünü etmək imkanının çətinlikləri haqqında "Android Police" portalının təsisçisi Artyom Rusakovskinin yazısına cavab olaraq Berk bildirib ki, tərtibatçılar artıq "Android R" platformasında bu funksiyanı əlavə ediblər. İstifadəçilər uzun səhifələri lazımi istiqamətdə hərəkət etdirərək ekran görüntüləri yarada biləcəklər. "Android R" platformasının 2020-ci ildə təqdim ediləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.