Maraqlı

İsveç polis çatışmazlığı problemini norveçlilərin hesabına həll etmək istəyir

22 May 2019 04:30
0 Şərh     Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveç Polis İttifaqı polis əməkdaşlarının getdikcə artmaqda olan çatışmazlığına qarşı mübarizə aparmaq üçün qonşu Norveçdən polislər işə götürməyi təklif edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İsveç Polis İttifaqının sədri Lena Nitsin sözlərinə görə, qonşu Norveçdən təlim görmüş zabitlər yeni polis kadrlarının çatışmazlığı probleminin həlli ola bilər. O deyib: "Norveçdə polislərin sayı bu ölkənin işlə təmin edə biləcəyindən çoxdur. Həmin gənclər təhsillərini yenicə başa çatdırıblar, çox əsaslıdırlar və polis işi axtarırlar. Həmkarlar ittifaqının məlumatına görə, hazırda Norveçdə 250-dən çox ixtisaslı polis üçillik təlim keçməsinə və peşə imtahanı verməsinə baxmayaraq iş tapa bilmir. Həmkarlar ittifaqı istəyir ki, İsveç hökuməti bu zabitlərdən bəzilərini işə götürsün. Qeyd edək ki, bu bəyanat İsveçdən Norveçə mövcud miqrasiya fonunda səslənib. Məsələ bundadır ki, gənc isveçlilər məvaciblərin İsveçdəkindən xeyli yüksək olduğu Oslo və Bergen kimi şəhərlərin iri mağaza və kafelərində işləmək üçün artıq çoxdan Norveçə axışırlar. Norveç fəal surətdə İsveçdən tibb bacıları və həkimlər cəlb edir. Bu da İsveçin tibb müəssisələrində bu peşə sahiblərinin çatışmazlığı problemini yaradıb. Beləliklə, indiyədək trafik əsas etibarilə birtərəfli olub.

Əgər plan həyata keçirilsə, bu, iki Avropa ölkəsinin cinayət mühakimə icraatı sahəsində əməkdaşlıq edəcəyi ilk hal olmayacaq. Məsələn, 2015-ci ildə Norveç öz həbsxanaları dolu olduğuna görə cəza çəkmələri üçün cinayətkarları Niderlanddakı həbsxanalara göndərməyə başlayıb.

Lena Nitsin sözlərinə görə, 2024-cü il üçün İsveçdə 7 min zabitin pensiyaya çıxacağı nəzərə alınsa, ölkə polisinin öz vəzifələrini icra etməsi novator ideyalar olmadan çox çətin olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.