Maraqlı

Kraliça sosial şəbəkə hesablarını idarə etmək üçün işçi axtarır - FANTASTİK MAAŞ

22 May 2019 08:52
0 Şərh     Baxış: 2 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya Kraliçası II Elizabet sosial şəbəkə hesablarını idarə etmək üçün işçi axtarır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kraliça Elizabet bütün hadisə barədə xəbərləri, o cümlədən elanları və saray ziyarətləri ilə bağlı məlumatları paylaşacaq işçiyə ayda 30 min funt ödəyəcək.

Yeni işçi Bekinqem sarayında işləyəcək və sosial media mütəxəssislərinin kiçik bir qrupunu idarə edəcək. Sarayın veb-saytının idarə olunması sosial media menecerinin vəziflərindəndir.

Həmçinin yeni işçiyə illik 33 günlük məzuniyyət, nahar və bonuslar da təqdim ediləcək.

Qeyd edək ki, Kral ailəsi son aylarda ictimai mediada təhqiramiz şərhlərlə mübarizə aparmaq üçün bu addımı atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.