Maraqlı

"Türkiyənin ən namuslu qadınıyam"

21 May 2019 09:59
4 Şərh     Baxış: 3 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk aktrisası və müğənni Banu Alkan qatıldığı proqramda maraqlı açıqlamalar verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, özünü ölkənin ən namuslu qadını adlandırıb.

Plastik əməliyyat etdirmədiyini deyən Alkan özünün hələ də zirvədə olduğunu bildirib:

"Biz Türkiyə kinosunun ulduzları olaraq son nəsilik. Bizdən sonra gələn olmadı. Beren Saata ulduz deyirsiz, o ulduz deyil, olmağa çalışır. İki-üç film çəkməklə, ulduz olmaq mümkün deyil. Mənim gəncliyim çəkiliş meydançalarında keçib".

Keçmiş vaxtlardan da söz açan 61 yaşlı aktrisa hazırda yaxşı yaşadığını, maddi sıxıntısının olmadığını deyib:

"Hamının çətin günləri olur. Mən vaxtilə saçımın rəngini dəyişmək üçün Parisə gedirdim. Qəzetlər həftələrlə bundan yazırdılar. Yanacaq almağa pulumun olmadığı vaxtlar da olub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.