Maraqlı

Naməlum şəxs Eyfel qülləsinə dəmir dayaqlarla dırmaşdı

21 May 2019 08:53
0 Şərh     Baxış: 1 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün yerli vaxtla saat 15:30-da Parisin Eyfel qülləsinə naməlum şəxs dırmaşıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, ikinci mərtəbədən yuxarıya dəmir dayaqlarla, təxminən, 324 metr hündürlüyə qalxıb.

Eyfel qülləsinin istismarına məsul olan şirkətin (SETE) sözçüsü jurnalistlərə deyib ki, tikiliyə dırmaşan naməlum şəxs ikinci mərtəbəyədək hamı kimi lift vasitəsilə çıxıb. Daha sonra icazə verilən həddən kənara çıxdığı zaman həyəcan siqnalı işə düşsə də, ancaq qülləyə çox cəld dırmaşmağa nail oub və onu saxlamaq cəhdləri nəticəsiz qalıb.

Polis və xilasedicilərlə uzun sürən danışıqlardan sonra naməlum şəxs qüllədən düşürdülüb.  

Eyfel qülləsinə giriş-çıxış davam etdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.