Maraqlı

Bu ölkədə avtomobil mühərrikinin boş-boşuna işləməsinə görə sürücünü cərimə edə bilərlər

20 May 2019 22:17
0 Şərh     Baxış: 1 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobildən düzgün istifadə edilməməsi cərimə sanksiyasına səbəb ola bilər. Dünyada müxtəlif səbəblər üzündən sürücünün cərimə edilməsini nəzərdə tutan qanunların sayı get-gedə artmaqdadır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Madriddə avtomobil mühərrikinin boş-boşuna işləməsinə görə sürücünü cərimə edə bilərlər. İspaniya paytaxtının hakimiyyət orqanları avtomobillərlə bağlı yeni qaydalar qəbul ediblər. Bu qaydaların 46.2-ci maddəsinə əsasən hər bir sürücü nəqliyyat vasitəsini dayandırarkən mühərriki söndürməyə borcludur. Həmin maddənin qəbul edilməsi çoxsaylı mübahisələrə səbəb olub.

Qaydaya riayət etməyən sürücü 100 avroya qədər cərimə ödəməli olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.