Riqa beynəlxalq aeroportunun gəliş zalında pulsuz su aparatları quraşdırılacaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aparatlar gəliş üçün nəzərdə tutulmuş hər iki zalda- baqajların təhvil alınması və Şengen zonasına daxil olmayan ölkələrdən gələnlərin yoxlama zalında olacaq.
Aeroportun rəsmi məlumatında bildirilir ki, sözügedən yeniliyə 4 min avro vəsait ayrılıb.
Milli.Az