Maraqlı

"Sakit okeanın xilası bütün planetin xilası deməkdir"

20 May 2019 23:50
0 Şərh     Baxış: 1 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Millətlər Təşkilatının rəhbəri dünya liderlərinə üç təcili çağırışla müraciət edib: çirkləndirmələrə vergi tətbiq etmək, kömürlə işləyən elektrik stansiyalarının tikintisini və mədən yanacağı hasilatına maddi yardım ayırmağı dayandırmaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin baş katibi Antonio Quterreş Sakit okean ölkələrinə turnesi çərçivəsində Yeni Zelandiya, Fici, Tuvalu və Vanuatuya səfərinin sonunda bu bəyanatla çıxış edib. Baş katibin sözlərinə görə, o bir daha əmin olub ki, qlobal istiləşmə ada dövlətlərinin mövcudluğuna təhlükə yaradır.

BMT başçısı deyib: "Ötən həftə mən Sakit okeandakı ada dövlətlərində iqlim dəyişmələrinin nəticələrini gördüm. Həmin dövlətlər bu hadisədə hamıdan az təqsirkar olsalar da, onun fəsadlarından daha çox əziyyət çəkirlər".

O vurğulayıb ki, iqlim dəyişmələri ilə mübarizədə energetika, nəqliyyat, sənaye və kənd təsərrüfatı sahələrindəki siyasətə yenidən baxmaq lazımdır.

"Biz insanların qazancına deyil, atmosfer çirkləndirmələrinə vergi tətbiq etməli, ikincisi, mədən yanacağı hasilatına maddi yardım ayırmağı dayandırmalıyıq. "Vergiödəyicilərinin pulları qasırğanın daha da güclü olmasına, dünyanın quraqlıq və istidən əziyyət çəkməsinə, mərcanların rəngini itirməsinə, buzlaqların isə əriməsinə sərf olunmamalıdır", - deyə BMT başçısı bildirib.

2020-ci ilədək kömürlə işləyən yeni elektrik stansiyalarının tikinsinin dayandırılmasının vacibliyindən danışan Antonio Quterreş gələcəyin "boz" iqtisadiyyat üçün deyil, "yaşıl" iqtisadiyyat üçün parlaq olacağını bildirib.

BMT başçısı qeyd edib ki, söhbət təkcə Sakit okeanın xilasından deyil, bütün planetin xilasından gedir. O deyib: "Sakit okeanın xilası bütün planetin xilası deməkdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.